Elnur Hüseynzadə Azərbaycana qayıtmaq istəmir? (YENİLƏNİB)
Şuşa şəhərindən Ermənistana aparılmış Azərbaycan vətəndaşı Elnur Hüseynzadə Vətənə qayıtmaq istəmir. Bu barədə Ermənistan KİV separatçı rejimin nümayəndələrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, E.Hüseynzadə "cəzasını çəkdikdən sonra azad edilib", "lakin Vətənə qayıtmaq istəmir".-0-
****
2019 Fevral 05 (Çərşənbə axşamı) 20:01:03
Azərbaycanlı girov Şuşadan Ermənistana aparılıb
Bakı/05.02.19/Turan: Ermənistan tərəfin girov olaraq saxladığı 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Elnur Elman oğlu Hüseynzadə fevralın 2-də Şuşadan Ermənistana aparılıb.
Bu barədə Azərbaycanın Hərbi Əsirlərin, Girovların və İtkin Düşmüşlərin İşləri üzrə Dövlət Komissiyası müvafiq beynəlxalq təşkilatlardan daxil olan məlumata istinadla bildirib.
Hüseynzadənin saxlanıldığı andan etibarən müvafiq beynəlxalq təşkilatlar qarşısında onun azad edilməsi məsələsi qoyulub və hazırda bu istiqamətdə zəruri işlər davam etdirilir.
Hüseynzadə 2017-ci il fevralın 1-də işğal edilmiş ərazilərdə erməni hərbiçiləri tərəfindən saxlanılıb və separatçı rejimin qanunsuz məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilib.
Dilqəm Əsgərov və Şahbaz Quliyev də işğal edilmiş DQ-də saxlanılır, onlar da uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına "məhkum ediliblər".
Azərbaycanda diversiya-təxribatçılıq fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilmiş 3 erməni hərbiçisi saxlanılır.
Bakı əsirləri "hamı hamı ilə" prinsipi ilə dəyişdirməyi təklif edib. Amma Ermənistan tərəfi bundan imtina edir. -06D--
-
- Cəmiyyət
- 5 Fevral 2019 18:37
-
- Mədəniyyət
- 5 Fevral 2019 21:27
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz