Deputat şəhid ailələrinə ümid verməyə çalışır
Bakı/15.11.18/Turan: Noyabrın 15-də onlarla şəhid ailəsi üzvləri Milli Məclis qarşısında toplaşıb. Onlar 11 min manat ölçüsündə birdəfəlik təzminat ödənilməsi məsələsinin həllini tələb etməyə davam edirlər.
Uzun müddət deputatlardan heç kim şikayətçilərin qarşısına çıxmayıb və onlar "Şəhidlər ölməz, Vətən bölünməz!", "Şəhidlərin hüquqları pozulmaz!" şüarları səsləndirməyə başlayıblar.
"Şəhidlərin cəsədləri bayrağa bürünmüş tabutlarla gətirildiyində biz dedik ki, "Eybi yox, təki Vətən yaşasın!" və ümid edirdik ki, dövlət şəhidlərin qeydinə qalacaq. Amma heç kim bizim şəhid övladlarını necə böyütdüyümüzlə, onları nə ilə saxladığımızla maraqlanmadı. Ona görə ki, məmurlar bizim yaşadığımızı yaşamayıblar, "toxun acdan nə xəbəri?"", deyə şəhidlərdən birinin anası bildirib.
Aksiyanın digər iştirakçısı şəhid ailələrinin aksiyalarını işıqlandırmayan ölkə telekanallarından şikayət edib.
"İndi onlar bizim aksiyalarımıza gəlmirlər, amma məsələ həll edilən kimi hakimiyyəti tərifləməyə başlayacaqlar", deyə qadın bildirib.
Bir müddət sonra deputat Aqil Abbas aksiya iştirakçılarının qarşısına çıxıb və insanlar ona Əmək Nazirliyinin Azərbaycandan başqa dünyanın heç yerində həlak olanların ailələrinə təzminat verilmədiyini bəyan edən məmurlarından şikayət etməyə başlayıblar.
"Qoy inanmasınlar, ABŞ-da təzminatın ölçüsü 250 min manatdır", deyə aksiya iştirakçısı bildirib.
Deputat onlarla razılaşaraq, şəhid ailələrinin üzvlərinə 1-2 ay daha gözləməyi məsləhət görüb.
"21 il səbr etmisiniz, 1-2 ay da səbr edin. Hökumət bu məsələni həll etməyə çalışır. Əvvəlcə hərbiçilər təzminat alır. Daha sonra bu, Daxili Qoşunların həlak olan hərbi qulluqçularının ailələrinə, ondan sonra könüllülərə və polis əməkdaşlarına şamil ediləcək", deyə deputat bildirib.
O, ailə üzvlərinə səbrli olmağı və təzminat almaq üçün əsas verən səndələri ona göndərməyi tövsiyə edib.
Xatırladaq ki, bu ilin yazında Azərbaycan prezidenti İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatları zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin ailələrinə 11 min manat ölçüsündə birdəfəlik təzminat ödənilməsi haqqında sərəncam imzalayıb.
Təzminatların ödənilməsi oktyabrın 9-dan başlayıb. Amma bir çox ailələrə keçmişdə vəsait almaları bəhanəsi ilə təzminat ödənilməsindən imtina edilib. Polis ailələrinə də təzminat verilmir. Vətəndaşların dövlət orqanlarına şikayətlərinə baxılmır. -05D06-
-
- Siyasət
- 15 Noyabr 2018 12:35
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz