Dindarın Azərbaycana gələrkən saxlanıldığı bildirilir
Bakı/12.11.18/Turan: Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin" sədri Şeyx Mirtağı Əsədov Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanılıb.
Bu barədə Turan Agentliyinə Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsindən məlumat veriblər.
İdarənin məlumatına görə, M.Əsədov noyabrın 7-də Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
"Şeyx Mirtağı Əsədov noyabrın 7-də Azərbaycana səfər edib. Onu Azərbaycanın sərhəd buraxılış məntəqəsində saxlayıblar. Sərhədçilərin verdiyi məlumata görə, onu Gürcüstan-Azərbaycan sərhəddindən Bakıya aparıblar. Ailə üzvləri onun saxlanılmasının səbəbi barədə məlumatsızdır. Onu 3 gündür vəkilsiz və ittiham irəli sürülmədən saxlayırlar", idarədən deyiblər.
İdarədən verilən məlumata görə, noyabrın 9-da Gürcüstanın Azərbaycandakı səfirliyinin attaşesi saxlanılan M.Əsədovla görüşüb. Ancaq görüşün detalları haqda idarəyə məlumat verilməyib.
İdarədən onu da deyiblər ki, sabah Gürcüstanın hüquq müdafiə təşkilatları M.Əsədovun saxlanılması ilə bağlı konfrans keçirəcək.
Azərbaycanin əlaqəli qurumlarından hələlik M.Əsədovun saxlanılması barədə rəsmi açıqlama almaq mümkün olmayıb.
Mirtağı Əsədov kimdir?
Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin məlumatına görə, M.Əsədov Azərbaycan vətəndaşı olub. Ancaq o, 2 ilə yaxındır ki, Azərbaycan vətəndaşlığından imtina edib.
Onun ailəsinin Azərbaycanda yaşadığı, ailəsinı baş çəkmək üçün ildə bir neçə dəfə Azərbaycana səfər etdiyi bildirilir.
İdarədən deyiblər ki, Ümum Gürcüstanın Müsəlmanlar Ali Dini İdarəsinin sədri olan M.Əsədov son aylarda Gürcüstandakı məscidlərin durumu ilə bağlı tənqidi çıxışlar edib. O, Gürcüstanda məscidlərin dövlət mülkiyyətinə verilməsinə, sovet dövründə dini birliklərə dəyən zərərin kompensasiya edilməsi qaydasına qarşı çıxıb.-0-
-
- İqtisadiyyat Göstəriciləri
- 11 Noyabr 2018 11:55
-
- Cəmiyyət
- 12 Noyabr 2018 11:07
Cəmiyyət
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
Rəy yaz