Dövlət Komissiyası: Azərbaycanda erməni hərbçilərin cəsədi yoxdur
Hərbi Əsirlər, İtkin Düşənlər və Girovlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanda erməni hərbçilərin cəsədlərinin olması barədə şayiələri təkzib edib.
«Bir sıra KİV-in çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Komissiyası bildirir ki, Azərbaycanda erməni hərbçilərin cəsədi yoxdur», - Dövlət Komissiyasının məlumatında deyilir.
Komissiya qeyd edir ki, Azərbaycan beynəlxalq humanitar hüquqa hər zaman hörmətlə yanaşıb və ən qısa zamanda cəsədlərin repatriasiyasına tərəfdardır.
Xatırladaq ki, son döyüşlər zamanı həlak olanların cəsədləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə keçirilib.-02D-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz