Ədalət Naminə Həmrəylik Komitəsi vətəndaş cəmiyyətinin durumunu müzakirə edib
Bakı/12.10.18/Turan: Azərbaycanda vətəndaş cəmiyyətinin durumunda müsbət inkişafa nail olmaq üçün qanunvericilik bazası və hökumətin real siyasəti 2013-cü ilədək olan vəziyyətə qaytarılmalıdır. Ədalət Naminə Həmrəylik Komitəsinin oktyabrın 12-də "Vətəndaş cəmiyyətinin mövcud durumu və vəziyyətdən çıxış yolları" mövzusunda keçirdiyi dinləmələrdəki çıxışların əsas leytmotivi belə olub.
Dinləmələrdə vətəndaş cəmiyyəti ilə bağlı qanunvericiliyin və real siyasətin liberallaşdırılmasının vacibliyi qeyd edilib. Həmçinin çıxışlarda vəkillik institutunun inkişafı, nümayəndəlik institutunun ləğvinin aradan qaldırılması, kredit problemi, məhkəmələrdə vəziyyətlə bağlı məsələlərə toxunulub.
"Azərbaycanda cəmiyyətin hüquqlarının müdafiəsi heç zaman bu qədər zəif olmayıb. Qeyri-hökumət təşkilatlarının mövcud durumu insanların hüquqlarının müdafiəsinə çox mənfi təsir edir. İnsanlar nə hökumət, nə QHT, nə də məhkəmə tərəfindən hüquqlarının müdafiəsini təmin olunmuş kimi görmür. İnsanlar özünü müdafiəsiz və tənha hiss edir və bu tendensiya artmaqda davam edir", deyə Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva bildirib.
Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirmə Mərkəzinin rəhbəri Elçin Məmməd problemli kreditlərlə bağlı vətəndaşların hüquqlarının faktiki müdafiəsiz qaldığını bildirib.
"Nümayəndəlik institutu ləğv edildikdən sonra problemli kreditlərlə bağlı banklarla vətəndaşlar arasındakı mübahisələrdə vətəndaşların hüquqları faktiki müdafiəsiz qalıb. Məhkəmələrin icraatında olan şikayətlərin əksəriyyəti problemli kreditlərlə bağlıdır. İndi məhkəmələrdə yaxşı vəkillərlə təmin olunmuş varlı bankirlər və kasıb vətəndaşlar qarşılaşır", deyə hüquq müdafiəçisi hökuməti və məhkəmələri vətəndaşların hüquqlarının müdafiəsinə çağırıb.
Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu vətəndaş cəmiyyəti institutunun inkişafı üçün beynəlxaq donorların ölkədə fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını vacib sayır.
"Bu, həm də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edər", deyə o qeyd edib.
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Mirvari Qəhrəmanlı QHT-lərə qarşı təhdidlərin davam etdirildiyini deyib.
"Əgər 2014-cü ildə QHT-lərə qarşı cinayət işi qaldırıb, bank hesablarını bağlayırdılarsa, indi QHT-ləri onların monitorinqlər keçirərək, çatışmayan cəhətlərini ictimai diqqətə çatdırdığı şirkətlə məhkəməyə verir. Məsələn, son aylarda İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Eyyub Hüseynovu və məni məhkəməyə veriblər. Məhkəmələrdəki mövcud duruma diqqət yetirəndə bu, təhlükəli tendensiyadır", deyə o qeyd edib. -03C-
-
- Cəmiyyət
- 12 Oktyabr 2018 15:55
-
- İqtisadiyyat
- 12 Oktyabr 2018 16:19
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz