Elgiz Qəhrəman karserə salınıb
Bakı/12.10.18/Turan: 14 saylı cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən NİDA hərəkatının üzvü Elgiz Qəhrəman karserə salınıb. Bu barədə onun atası Camal Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, E.Qəhrəman iki gündür karserdə saxlanılır. Ona fiziki təzyiq göstərilir, deyə atası bildirib.
"Sonuncu dəfə onunla oktyabrın 7-də görüşmüşük. O, özü heç nə deməyib. Bu, onun xasiyyətinə uyğun deyil. Nə problemi olursa olsun, o, şikayət etmir ki, biz narahat olmayaq. Buna görə mən təzyiq haqqında başqa mənbədən öyrəndim", deyə fəalın atası bildirib.
NİDA hərəkatının əlaqələndiricisi Samir Əsədli deyib ki, 14 saylı cəzaçəkmə müəssisəsinin yeni rəisi Namiq Qocayev siyasi məhbuslara işgəncə verir. Təyin edildikdən dərhal sonra o, bloger Mehman Hüseynovu və Elgiz Qəhrəmanı təhqir etməyə, onların telefon danışığı hüquqlarını məhdudlaşdırmağa başlayıb. Digər məhbusların hüquqları da pozulur, onlara işgəncə verilir və və onlar döyülür, deyə Əsədli qeyd edib.
Penitensiar Xidmətdə Qəhrəmanın əsassız olaraq cəzalandırılması və döyülməsi haqqında iddiaları təkzib edirlər. İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, məhbuslar intizam pozuntularına görə cəza kamerasına salınır. Bundan əvvəl məhbusla profilaktik söhbət aparılır, o, nəticə çıxarmırsa, cəza kamerasına köçürülür.
Sadıqov məhbusların döyülməsi haqqında məlumatları da təkzib edib. Bununla belə, o deyib: "Məhbus fiziki müqavimət göstərirsə, müəssisə əməkdaşlarına və başqa məhbuslara zərər yetirməyə çalışırsa, ona qandal taxılır, dəyənək və digər xüsusi vasitələrdən istifadə olunur. Bu, qanuna uyğun şəkildə həyata keçirilir və mütləq aktlaşdırılır. Məhbus narazıdırsa, məhkəməyə müraciət edə bilər, deyə Sadıqov bildirib.
* Elgiz Qəhrəman 2016-cı ilin avqustunda böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 5,5 il müddətinə həbs edilib. Amma həbsin əsl səbəbi onun facebook-da 26 sentyabr 2016-cı il tarixli konstitusiya referendumu haqqında yazdığı kinayəli status olub.
Sonradan Ali Məhkəmə cəza müddətini üç il azadlıqdan məhrumetməyə endirib.
E.Qəhrəman hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. -06D-
-
- İqtisadiyyat
- 12 Oktyabr 2018 15:43
-
- Cəmiyyət
- 12 Oktyabr 2018 15:57
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz