Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluq ağacların qanunsuz kəsilməsilə bağlı tədbirlər haqda
Bakı/18.05.19/Turan: Bakı, Lənkəran və Qubada ağacların qanunsuz kəsilməsi faktları prokurorluğa göndərilib. Faktlarla bağlı cinayət işləri qaldırılıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir.
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış ilkin araşdırmalarla Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi 93 və 99 saylı binaların arasında əvvəllər sakinlər tərəfindən 0,24 hektar sahədə salınmış bağ sahəsində 25 ədəd ağac və kolun kəsilərək məhv edilməsi və digər 98 ədədinin isə başqa əraziyə köçürülməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə CM-in 259.1-ci maddəsi ilə (qanunsuz ağac kəsmə) cinayət işi başlanılıb.
Həmçinin Lənkəranda Vizəzəmin meşəbəyliyində 63 ədəd müxtəlif növ ağacın kəsilməsi müəyyən edilib. Fakt üzrə CM-in 314.1 (səhlənkarlıq) və 259.1-ci (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanılıb.
Qubada aparılmış monitorinqlərin nəticəsinə görə, 4408 ədəd müxtəlif cins və diametrli ağacın kəsilməsi ilə təbiətə külli miqdarda ziyan vurulması aşkarlanıb. Fakt üzrə CM-in 314.1 (səhlənkarlıq) 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi açılıb.
Hər üç cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.06D--
-
- Cəmiyyət
- 18 May 2019 12:22
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz