Nikol Paşinyan islam terrorizmindən narahatdır və inanır ki, Moskva Qarabağda müharibəyə imkan verməyəcək
Bakı/18.05.19/Turan: "Dağlıq Qarabağda eskalasiya İraqdan və Suriyadan qaçanları bizim regiona gətirə bilər", - Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü rusiyalı jurnalistlərlə görüş zamanı bildirib.
"Siz görürsünüz ki, İran ətrafında necə gərgin vəziyyət yaranıb və bu gərginlik artmaqda davam edir. Suriyada islam radikal qruplaşmalarının böyük sayda döyüşçüləri var, onlar başa düşürlər ki, artıq Suriya və İraqda onlara yer yoxdur. Bizim məlumata görə, bu gün onlar özlərinə yeni yerlər axtarırlar. Əgər bizim regionda yeni eskalasiya baş verərsə bu, onlar üçün, məsələn, Azərbaycana getməyə yaxşı bəhanə olacaq. Onlar üçün ora çox əlverişli nöqtədir, oradan öz hərəkətlərini İran, Rusiya, Cənibi Qafqaz və Mərkəzi Asiya istiqamətində genişləndirə bilərlər", - "Radio Svoboda" Paşinyandan sitat gətirib.
Onun sözlərinə görə, Qarabağda yeni müharibə artıq lokal olmayacaq və o ümid edir ki, bunu Rusiyada və Azərbaycanda, hətta İranda da başa düşürlər. O əmin olduğunu bildirib ki, Moskva Qarabağ münaqişəsinin ancaq sülh yolu ilə nizamlanmasında qarant olacaq. Paşinyanın sözlərinə görə, Rusiyanın zəruri vasitələri var ki, bunlar yeni eskalasiyaya imkan verməyəcək. "İnanmıram ki, lazım olduğunda rusiyalılar bu vasitələrdən istifadə etməsinlər" - o vurğulayıb .-02D-
-
- Cəmiyyət
- 18 May 2019 11:05
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz