Əlillərin məşğulluğu problemi ilə bağlı araşdırma
Bakı/19.08.19/Turan: Demokratik Təşəbbüslər İnstitutu (DTİ) bazar etməsi Azərbaycanın əlillərin məşğulluğu ilə bağlı qanunvericiliyini və təcrübəsinin təhlilini əks etdirən araşdırmanı dərc edib.
Əlillərin məşğulluğunun təmin edilməsi üzrə müəyyən addımlara baxmayaraq, fiziki məhdudiyyətləri olan insanlar çox vaxt işə düzəlmədə ayrı-seçkiliklə üzləşirlər, deyə araşdırmada qeyd edilir. Məruzənin tövsiyələr hissəsində əlillərin hüquqlarını pozan şəxslərin cəzalandırılmasını ağırlaşdırmaq, cərimələri artırmaq təklif olunur.
Müəlliflər işləyən əlillərin müavinətlərdən məhrum edilməsini nəzərdə tutan qanunvericilik normalarını tənqid edirlər. Çox vaxt onların əmək haqqı müavinətə bərabər olur, bu da əlilləri iş stimulundan məhrum edir.
Bundan başqa, sənədlərdə əmək qabiliyyətinin olub-olmadığının göstərilməməsi tövsiyə olunur. Çünki birinci qrup əlillər belə evdə əməklə məşğul ola bilər.
Həmçinin, əlillik meyarlarının dəyişdirilməsi prosesini sürətləndirmək təklif olunur.
Əmək naziri Sahil Babayev ötən ilin sonlarında əlillik meyarlarının dəyişdirilməsi ilə bağlı yeni konsepsiyanın hazırlanacağı barədə məlumat verib. Bu zaman əlillik 1, 2, 3-cü qruplara deyil, görmə, eşitmə və digər məhdudiyyətlərə görə təsnif ediləcək. Amma 8 ay keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.
Araşdırma müəllifləri əlillərin işə düzəlməsindən sonra belə əlillik müavinətinin verilməsinin davam etdirilməsini vacib sayırlar.
"Demokratik Təşəbbüslər İnstitutu" (DTİ) QHT 2013-cü il noyabrın 5-də bir qrup hüquqşünas və ictimai fəal tərəfindən Azərbaycanda demokratik təşəbbüslər yolu ilə açıq cəmiyyət formalaşdırılmasına yardım məqsədilə təsis edilib. DTİ-yə ölkənin Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov sədrlik edir. O, 2013-cü il 13 oktyabr prezident seçkilərində çoxsaylı pozuntularla əlaqədar yekun protokolu imzalamaqdan imtina edən yeganə MSK üzvü idi. -06D-
Cəmiyyət
-
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
-
Yanvarın 19-da səhər və axşam paytaxtda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 7+11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz