Əziz Əliyev küçəsi bağlı olacaq
Martın 3-5-də paytaxtın mərkəzi küçələrindən biri yenə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu, Formula-1 yarış yolu üçün asfalt çəkilməsi ilə bağlıdır.
Bu ilin iyununda Bakıda keçiriləcək yarışların operatoru olan Baku City Circuit şirkətinin məlumatına görə, yeni Asfalt çəkilməsi ilə əlaqədar Əziz Əliyev küçəsində (keçmiş Zevin) hərəkət dayandırılacaq. Bu zaman Qoşa Qala tərəfindən İçərişəhərə giriş avtomobillərin hərəkəti üçün açıq olacaq.
Baku City Circuit yarış yolunun hazırlığının bununla yekunlaşmayacağı və paytaxtın mərkəzində təmir işlərinin davam etdiriləcəyini əlavə etməklə bakılıları "sevindirib". -02D-
-
- Analitika
- 3 Mart 2016 17:13
-
- İqtisadiyyat
- 3 Mart 2016 18:15
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz