Fәal qohumlarla hәdәlәnәrәk polisә aparılıb
Bakı/19.05.19/Turan: Mayın 18-dә ictimai fәal Rüstәm İsmayılbәyli Xәtayı Rayon 35-ci polis bölmәsinә çağırılıb.
Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn İsmayılbәyli qeyd etdi ki, onu qohumlarla hәdәlәyәrәk bölmәyә gәtizdirdilәr. "Axşamçağı mәlumat aldım ki, qeydiyyatda olduğum ünvanında yaşayan qohumlarımı 35-ci polis bölmәsinә aparıb bildiriblәr ki, Rüstәm gәlmәsә sizi buraxan deyilik. Mәn dә bölmәyә getdim".
Fәal bildirdi ki, onu polisә çağırılmasının sәbәbi sosial şәbәkәdә yazdığı statuslardır vә ictimai fәallığıdır. "Bölmәdә qabağıma statuslarımın "skrinlәrini" qoyub "niyә hәr şeyi yazırsan, dövlәtdәn niyә narazısan" soruşublar. Hәmçinin universitetlәrin tәlәbәlәrlә sabaha planlaşdırdığımız "Nә etmәli?" adlı toplantı haqqında soruşublar".
İsmayılbәyli qeyd etdi ki, 2 saatlıq sphbәtdәn sonra sәrbәst buraxıldı. "Әvvәl dedilәr ki "sutkalığa" gedirsәn. Sonra isә telefon әlimdәn alıb statuslarımı silib buraxdılar", - deyә fәal bildirib.
Xәtai Rayon 35-ci polis bölmәsindәn vә Daxili İşlәr Nazirliyindәn hadisә ilә bağlı mәlumat almaq mümkün olmayıb.
Xatırladaq ki, Bakı Dövlәt Universitetin şәrqşünaslıq fakultәsinin tәlәbi Rüstәm İsmayılbәyli yanvar ayında bloqer Mehman Hüseynova dәstәk aksiyasına qoşulduğuna görә dekanlıq tәrәfindәn "sәrt münasibәtlә" qarşılaşdığını bildirir. Fakultә dekanlığı isә bu ittihamları qәbul etmir vә İsmayılbәyli müәlliminә hörmәtsizlik etdiyinә görә şifahi töhmәt aldığını deyir. -0-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz