
Bakı/19.05.19/Turan: Kanal 8-in jurnalisti Teymur Kәrimov sәrbәst buraxılıb.
Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn jurnalistin özü deyib ki, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar. Respublika Klinik Xәstәxanasında qan xәrçәngindәn әziyyәt çәkәb anasının müalicәsinә pul çatdıra bilmәdiyini deyәn jurnalist mayın 18-dә Sәhiyyә Nazirliyinin qarşısında aksiya tәşkil etmişdir.
Aksiyadan polis tәrәfindәn Nәsimi Rayonun 20-ci polis bölmәsinә sonra isә Nәsimi Rayon Polis İdarәsinә aparılan jurnalist bildirib ki, ondan aksiyasının sәbәbini aoruşublar vә izahat yazdırıblar. "Daha sonra mәnә vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin deyiblәr ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım".
Rəy yaz