Açiq mənbələrdən foto.
“Gəncə işi” məhkəməsində vəkillər müdafiə çıxışları ediblər
Bakı/15.04.21/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılan terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə vəkillərin müdafiə çıxışı ilə davam edib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə 19 ildən 28 ilədək, həmçinin Yunis Səfərova ömürlük həbs istəyib.
Bu gün vəkillər müdafiə çıxışında bildiriblər ki, əslində məhkəmə prosesi Yunis Səfərova aiddir. Dgər təqsirləndirilən şəxslərə bəraət verilməlidir.
“Vəkillər bildirdilər ki, müdafiə etdikləri şəxslərin hərəkətlərində cinayət tərkibi yoxdur və istintaq ittihamları sübut edə bilməyib. Bu, Yunis Səfərovun işidir. Sadəcə, baş verən hadisəni hüquq- mühafizə orqanları şişirdiblər. Buna görə də çoxsaylı insana əsassız itthamlar irəli sürülüb”, - Fariz Namazlı qeyd edib.
O, hüquqlarını müdafiə etdiyi Firuddin Zeynalovun günahının olmadığını və aprelin 13-dən etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.
Növbəti məhkəmə iclası aprelin 20-də vəkillərin müdafiə çıxışları ilə davam etdiriləcək. Məhkəmədə daha 3 vəkil müdafiə çıxışı edəcək.
Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.
2018-ci il iyulun 3-də Gəncə Şsəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyevə və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Səfərov isə bu iddianı təkzib edir.
Sui-qəsd hadisəsindən bir həftə sonra, iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada isə iki polis polkovniki qətlə yetirilib.
Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və başqa əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə endirilib, azadlığa buraxılanlar da olub.
Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.
Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham irəli sürülüb.-03-
Cəmiyyət
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
-
Yanvarın 19-da səhər və axşam paytaxtda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 7+11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 18 yanvar tarixli birgə məlumatında deyilir.
Rəy yaz