Açiq mənbələrdən foto.
Ekspert rəyi: “ATƏT-in Minsk Qrupu lazımdır, amma başqa formada”
Bakı/15.04.21/Turan: Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov belə hesab edir ki, ATƏT-in Minsk Qrupu regiona lazımdır, amma başqa formada.
Dağlıq Qarabağda ermənilər yaşayır və Azərbaycan onların inteqrasiyası barədə düşünür.
“Bu barədə ölkə prezidentinin son çıxışında da deyilib, buna görə də ATƏT-in Minsk Qrupuna ehtiyac var. Rusiyanın təkbaşına iştirakı nə Azərbaycan, nə də Ermənistan üçün sərfəli deyil", - o hesab edir.
ATƏT-in Minsk Qrupunun tərkibinə gəlincə, "Fransa istisna olmaqla, Minsk Qrupunun formatı optimaldır".
"Əgər Minsk Qrupu regiona qayıtmaq istəyirsə, qayıdacaq. Onları regiondan uzaq tutmaq mümkün olmayacaq. Bəlkə də tezliklə onlar yeni formada gələcəklər", - Əvəz Həsənov ehtimal edir. –06D-
Siyasət
-
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yanvarın 16-da Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2024-cü il 1 iyun tarixindən Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavab verib.
-
Azərbaycandakı diplomatik missiyanı başa vuran ABŞ səfiri Mark Libbi yekun çıxış edib. Səfirliyin Facebook səhifəsində dərc olunan çıxışda deyilir:
-
Yanvarın 18-də prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
-
Mark Libbi ABŞ-ın Azərbaycandakı səfiri kimi diplomatik missiyasını başa vurdu. Bu barədə səfirliyin X sosial hesabında dərc edilmiş məlumatda deyilir.
Rəy yaz