Gömrükçülər 571 ədəd brilyant qaş aşkar ediblər
Bakı/27.03.18/Turan: Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi Azərbaycan vətəndaşının üzərindən gömrük nəzarətindən bəyan edilmədən keçirdiyi 17 ədəd kiçik ölçülü polietilen paketlərdə 571 ədəd müxtəlif həcmli qaşlar aşkar edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi kütləsi 96,072 karat olan brilyant qaşlardır.
Faktla bağlı araşdırma aparılır. -03D-
-
- Siyasət
- 27 Mart 2018 12:19
-
- İqtisadiyyat
- 27 Mart 2018 12:56
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz