![Göyçayda jurnalist həbs edilib](https://turan.az/resized/media/2018/main/100800013842-750-500-resize.webp)
Göyçayda jurnalist həbs edilib
Bakı/09.10.18/Turan: Oktyabrın 8-də Göyçay rayonunda (Bakıdan 216 kilometr qərb) fəaliyyət göstərən hefteaz.info saytının baş redaktoru Aqil Mahmudov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisi Oqtay Gülalıyev bidiirib.
Hüquq müdafiəçisi jurnalistin həbsinin tənqidi və ifşaedici məqalələri, facebook üzərindən yaydığı statusları ilə bağlı olduğunu bildirib.
"Aqil Mahmudovu 2017-ci ildə Göyçay rayon icra hakimiyyəti başçısı Cinayət Məcəlləsinin 147.1 maddəsi (böhtan) ilə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Bir neçə məhkəmə iclasından sonra icra başçısı iddiasını geri götürdü. Buna baxmayaraq Aqil Mahmudov tənqidi məqalələr yazmaqda davam edirdi. Facebook üzərindən kəskin tənqidi, ifşaedici statuslar paylaşırdı. Son günlər isə Göyçay rayonunda çinar ağaclarının qorunması məqsədi ilə "Çinarları müdafiə edək" adı altında kampaniyaya başlamışdı", Gülaıyev qeyd edib.
Rəsmi qurumlar, jurnalsitin həbsi ilə bağlı hələ məlumat yaymayıb. Rəsmi Bakı ölkədə insanların fikir və çıxışlarına görə təqib olunmadığını bildirir. Ölkə rəhbərləri bütün fundamental hüquqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirir.-0-
-
- Dünyada
- 8 Oktyabr 2018 23:20
-
- İqtisadiyyat
- 9 Oktyabr 2018 10:37
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz