www.facebook.com/HaberGlobal/
Azərbaycan sərmayəsi ilə qurulan Türk TV kanalının baş redaktoru istefa verdi
Turan agentliyinin www.odatv.com saytına istinadən verdiyi xəbərə görə,Türkiyədə Azərbaycan sərmayəsi ilə qurulan "Haber Global" adlı kanalın rəhbərliyində dəyişiklik baş verib.Belə ki,sentyabrın 24-də yayıma başlayan "Haber Global" kanalının qurucu baş redaktoru Suat Toktaş, xəbər koordinatoru İnan Demirel və xəbər müdiri Bengü Şap kanalın baş direktoru ilə aralarında yaranan anlaşmazlıq nəticəsində istefa veriblər.Kanalın baş redaktoru vəzifəsinə daha əvvəl Habertürk, A. Haber, CNN Türk kimi kanallarda baş redaktor olmuş Erdoğan Aktaş gətirilib.Kanalın qurucu baş redaktoru Suat Toktaş istefasının səbəbini Medyaradar internet saytına bu şəkildə açıqlayıb: "İstefamın səbəbi baş direktorun idarəçilik üslubundakı anlaşmazlıqdır.Bir neçə aydır ki, 32 yaşlı baş direktor ilə (onun) idarəçilik tərzindən irəli gələn problemlər yaşayırdım.Ancaq kanalın fəaliyyətə başlaması üçün bir çox problemi içimə atmaq məcburiyyətində qalmışdım".
Azərbaycan sərmayəli (sərmayənin konkret sahibi bəlli deyil) "Haber Global" kanalı daha əvvəl TR 24 adı altında fəaliyyət göstərmək üçün müraciət etsə də eyni ad altında başqa bir yayım qurumu olduğuna görə,Türkiyə Radio və Televiziya Şurası kanalın fəaliyyətə başlamasına icazə verməyib.Daha sonra adını "Haber Global" şəklində dəyişdirlən kanalın fəaliyyətinə icazə verilib və kanal sentyabrın 24-də fəaliyyətə başlayıb.Kanalın qurucu baş redaktoru Suat Toktaş daha əvvəl Habertürk kanalında yüksək vəzifədə işləyib.
Dünyada
-
Qazaxıstanın Daxili İşlər Nazirliyi xarici turistlər üçün yeni təhlükəsizlik təşəbbüsü tətbiq edib. Sərhəd nəzarətindən keçən hər bir qonağa xüsusi QR-kodlu kart təqdim olunur ki, bu da onları çoxdilli onlayn platforma olan SafeTravel.kz saytına yönləndirir.
-
Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Binyamin Netanyahu ilə birgə Fələstinlilərin Qəzzadan zorakılıqdan azad bölgələrə köçürülməsini dəstəkləyən əhəmiyyətli bir bəyanat verdi. Bu açıqlama, onların ətraflı müzakirələrindən əvvəl Ağ Evin mətbuat toplantısında verildi.
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
Rəy yaz