Gözəl Bayramlı və Əfqan Muxtarlı barədə cinayət işinin ibtidai istintaqı başa çatıb
Noyabrın 1-də Bakı İstintaq Təcridxanaısnda həbsdə olan jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan olunub.
Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində yaydığı video müraciətində bildirib.
Vəkilin sözlərinə görə, Əfqan Muxtarlının cinayət işinin materialları "Meydan TV"-nin əməkdaşlarına qarşı başlanmış cinayət işindən ayrılıb.
"Əfqan Muxtarlının cinayət işi Meydan.TV-nin əməkdaşlarına qarşı olan cinayət işi ilə birləşdirilmişdi. Cinayət işi yenidən ayrıldı", o qeyd edib.
Vəkil Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə birgə cinayət işinin materialları ilə tanış olacaq.
Sadıqov həmçinin deyib ki, Gözəl Bayramlının səhhətindəki problemlər ciddiləşib.
"Hazırda mədəsində də ciddi ağrılar var. Onu yalnız UZİ aparatından keçiriblər. Hər hansı müalicə həyata keçirilmir, dərmanlar verilmir. Bununla yanaşı, Bayramlı mənəvi cəhətdən möhkəmdir", vəkil qeyd edib.
Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəraitdə Azərbaycana gətirilib. Ona qarşı Cinayət Məcəlləsinin 315.2 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (dövlət sərhədini qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Əfqan Muxtarlı ittihamları qəbul etmir, həbsinin siyasi sifariş olduğunu bildirib.
Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.
G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.-0-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz