© Фото с сайта www.kremlin.ru
Tehranda Xəzərdə əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı/02.11.17/Turan: Rusiya, İran və Azərbaycan multimodal daşımalar, dəniz turizmi və Xəzər Dənizinin təbii su resurslarının qorunub saxlanması sahələrində əməkdaşlıq etmək niyyətindədir. Bu barədə prezidentlər Vladimir Putin, Həsən Ruhani və İlham Əliyevin Tehranda keçirilən üçtərəfli sammitinin yekunlarına dair birgə bəyanatında deyilir. Xəbəri RİA Novosti yayıb.
"Xəzər Dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi görən tərəflər liman administrasiyalarının əməkdaşlığı, dəniz gəmiçiliyi, multimodal daşımalar, dəniz turizmi, təbii su resurslarının qorunub saxlanması, ətraf mühitin mühafizəsi, energetika, ticarət, iqtisadiyyat kimi sahələrdə münasibətlərin möhkəmləndirilməsi zərurətini vurğulayırlar", deyə sənəddə qeyd edilir.
Bundan başqa, tərəflər Xəzər Dənizi, hidroqrafiya, meteorologiya ilə bağlı elmi araşdırmalarda əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Moskva, Tehran və Bakı həmçinin təhlükəsizliyi və hərbi əməkdaşlığı birgə inkişaf etdirmək və Xəzərdə fövqəladə halların qarşısını birgə almaq niyyətindədir.
Tərəflər bütünlükdə Xəzər Dənizinin hüquqi statusu haqqında konvensiya layihəsi ilə bağlı danışıqların gedişatından məmnunluqlarını ifadə ediblər. Onlar "bu mühüm sənədin tezliklə sahilyanı dövlətlərin konsensusu ilə qəbul edilməsini təmin etmək" niyyətlərini təsdiq ediblər. -02D-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz