Güclü külək və yağışların cənubda nəticələri
Bakı/07.06.17/Turan: İyunun 6-da cənub rayonlarında əsən güclü külək və leysan yağışları problemlərə səbəb olub. Bunu rayonların sakinləri bildiriblər.
Belə ki, güclü külək Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətinə problemlər törədib.
Adı çəkilən yolun müəyyən hissələrində 20-dən çox irigövdəli ağac kökündən qoparaq yolun hərəkət hissəsinə düşüb.
Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Bu külək və yağış Cəlilabad sakininin ölümü ilə başa çatıb, belə ki, rayon sakini Azər Qurbanov sahədə kartof yığarkən ildırım vurması nəticəsində həlak olub.
Lerikdə isə leysan yağışlar yağması elektrik enerjisi verilməsində problem yaradıb. İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada yanğın baş verib. Bu səbəbdən rayona elektrik enerjisinin verilişi kəsilib.
Bundan başqa rayonun bəzi ərazilərinə dolu düşüb. Yağan dolu bəzi taxıl zəmilərinə və meyvə ağaclarına ziyan vurub.
-
- Söz istəyirəm
- 6 İyun 2017 20:28
-
- Maliyyə
- 7 İyun 2017 10:30
Cəmiyyət
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
-
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib. Xəbəri Baş Prokurorluğun mətbuat xidməti yayıb. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
-
Şənbə günü Bakıda hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-12 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
Rəy yaz