"Gülüstan" sarayı ətrafında onlarla çoxillik ağac məhv edilib
Bakı/09.05.19/Turan: Bakıda "Gülüstan" sarayı ətrafında inşaatçılar onlarla çoxillik iynəyarpaqlı ağacı kəsib, bu barədə Turan-a oxuculardan biri bildirib.
Agentliyin müxbiri "Gülüstan" yaxınlığında inşaat yerində olub, bu məlumatın doğruluğundan əmin olub. Saray təmir edilir, fəhlələr binanın damını döşəyir. Yerdə divarların yanında ağac gövdələri var, ekskavatorun eşdiyi torpaqdan kötüklər çıxır. Ekskavator "Gülüstan"ın yaxınlığında ağaclardan təmizlənmiş torpağa dirəklər yerləşdirir.
Kompleksə gedən yol bağlanıb, qapılarda inşaat işlərinin aparıldığı haqqında yazı var.
Bayramla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ağac kəsiminin qanuniliyi haqqında məlumat almaq mümkün olmayıb.
"Gülüstan" sarayı Bakıda, zirvəsində Şəhidlər Xiyabanı yerləşən dağın yamacında yerləşən, çoxməqsədli böyük restoran zalı olan ictimai binadır. Saray 1980-ci ildə açılıb, 1998-ci ildə yeniləmə işləri aparılıb. -0-
-
- Siyasət
- 9 May 2019 11:53
-
- Mədəniyyət
- 9 May 2019 13:16
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz