Arif Məlikov
- Mədəniyyət
- 9 May 2019, 13:16
- 342
Bəsətkar Arif Məlikov vəfat etdi
Baku/09.05.19/Turan: Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.Bunu Mədəniyyət Nazilriyindən bildiridilər.
Nazirlikdən verilən məlumata görə, 2019-cu il mayın 9-da saat 14:00-dan etibarən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında vida mərasimi kçeiriləcək.
Nazirlikdən verilən məlumata görə, dəfn bu gün olacaq. A.Məlikovun I Fəxri Xiyabanda dəfn olunması nəzərəd tutulur.
Xatırladaq ki, A.Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. 1960-ci ildə Üzeyir Hacıbıyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlır sinfi üzrə bitirib.A.Məlikov öz yaradıcılıq təbiətinə görə simfoniyaçıdır, Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Fransa, Yaponoya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir və s. ölkələrdə ifa edilib. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.
Mədəniyyət
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
Rəy yaz