Hakim Xədicə İsmayılovanın çıxışını tamamlamasına imkan verməyib
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva bu gün jurnalist Xədicə İsmayılovanın öz yekun çıxışını tamamlamasına imkan verməyib.
Vəkil Fariz Namazlının jurnalistlərə verdiyi məlumata görə, müttəhim öz nitqində ölkənin ali rəhbərliyində korrupsiya faktları ilə bağlı jurnalist araşdırmalarına görə cinayət təqibinin siyasi xarkter daşıdığına diqqət çəkib.
O, həmçinin cinayət işinin Prokurorluq tərəfindən saxtalaşdırılması haqqında danışıb. Dövlət ittihamçısı dəfələrlə İsmayılovanın sözünü kəsməyə çalışıb. Hakim Allahverdiyeva da dəfələrlə ona irad tutub və “mahiyyəti üzrə danışmağı” tələb edib.
Nəhayət, İsmayılovanın nitqinin bitməsinə beş dəqiqə qalmış hakim onun sözünü kəsib və məhkəmə müşavirəyə çəkilib.
Vəkil hakimin əməllərini “qanunsuz” adlandırıb. Bir qədər sonra məhkəmə katibi yarımrəsmi olaraq ildirib ki, hökm sentyabrın 1-də və ya 2-də çıxarılacaq. Lakin bunu açıq şəkildə hakim elan etməlidir. -1606D-
-
- İqtisadiyyat
- 31 Avqust 2015 15:59
-
- Foto sessiyalar
- 31 Avqust 2015 18:00
Cəmiyyət
-
Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovu idarəçilikdə özbaşınalıqda ittiham edərək, Prezident İlham Əliyevdən müdaxilə etməyi xahiş edib. Layıc öz narahatlığını Facebook paylaşımında ifadə edərək bildirib ki, Əkbərovun rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.
-
İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
-
Azərbaycan Nazirlər Kabineti 1999-cu ildə təsdiq edilmiş və yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə edilən vəsaitlərin bölüşdürülməsinə dair qaydalara düzəlişləri təsdiq edib. 2025-ci il yanvarın 23-də imzalanan və №14 saylı qərar formasında rəsmiləşdirilən bu dəyişikliklər, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı prezident fərmanlarına uyğunlaşdırma məqsədi daşıyır.
-
Yanvarın 25-də paytaxtda hava dəyişkən olacaq. Gecə və səhər yerlərdə zəif yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +6, gündüz müabət 7 + 10 dərəcə, rütubət 70-80 faiz olacaq.
Azərbaycan iqtidarının Trampdan gözləntiləri özünü doğruldacaqmı? – Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 12:47
- 220
Rəy yaz