Sim-kartın yeni satış qaydaları qüvvəyə minəcəkmi?
Sabah AR Nazirlər Kabinetinin Sim-kartların yeni satış proseduru ilə bağlı qərarı qüvvəyə minməlidir. Hər üç yerli mobil rabitə operatoru istifadəçisinin adına qeydiyyatda olmayan abunəçilərə SMS-məlumatlar göndərərək onları Sim-kartın qeydiyyatı üçün müştəri xidmətlərinə dəvət edirlər. Bu, kartotekada qayda yaratmağa və problemlərdən sığortalanmayan kart sahibləri üzərinə məsuliyyət qoyur.
Hökumətin qərarı ilə həmçinin abunəçilərlə razılaşmaların əldə edilməsi qaydaları da dəyişib – Sim-kartların üçüncü şəxslərə daimi istifadəyə verilməsi və gəlirin əldə edilməsi məqsədi ilə satılmasına da qadağa qoyulub. Yəni indi abunəçi (nömrə sahibi) nömrənin üçüncü şəxslər tərəfindən başqa məqsədlərlə və qanunsuz istifadəsinə görə məsuliyyət daşıyır. Xatırladaq ki, bu gün ölkədə Sim-kartların təxminən üçdə biri üçüncü şəxslərin istifadəsindədir, yaxud işləmir. Sənəddə qeyd olunur ki, mobil operatorların abunəçi bazası DİN-in vətəndaşlar barədə məlumat bazası əsasında formalaşdırılmalıdır və Sim-kart yalnız bundan sonra aktivləşdirilməlidir.
Bundan əlavə, yeni qaydalar vicdansız dilerlər tərəfindən operatordan alınan Sim-kartların topdan satışının da qarşısını almağa imkan verəcək. Adətən, “fırıldaq” kartlar ayrıca müqavilələrlə satılır, bu da başqasının adına qeydiyyatda olan Sim-kart istifadəçilərinin ortaya çıxmasına səbəb olur.
Daha bir yenilik dövlət strukturlarının kütləvi göndərişləri təcrübəsidir (qaz, su, elektrik enerjisi borcu, yol hərəkəti qaydaları pozulmasına görə cərimələr, şəxsiyyət vəsiqəsinin, pasportların vaxtının bitməsi və s.).
Bu gün yerli mobil rabitə bazarında üç operator fəaliyyət göstərir - Bakcell, Azercell и Azerfon. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, ölkədə möbil rabitənin yayılması 112%-dir. --17D—
İqtisadiyyat
-
2024-cü ilin ilk üç rübündə Azərbaycan 3,77 milyon dollar dəyərində ketçup və digər pomidor əsaslı məhsullar idxal edib ki, bu da 2442,5 ton təşkil edir. Rusiya, Qazaxıstan, Almaniya, Türkiyə, Vyetnam və hətta Oman kimi ölkələrdən gətirilən bu idxal ölkə üçün maraqlı bir paradoksu üzə çıxarır: Azərbaycan təzə pomidorların əsas ixracatçısı olsa da, emal olunmuş pomidor məhsullarını daha yüksək qiymətlərlə idxal edir.
-
Azərbaycanın maliyyə cinayətləri və terrorizmin maliyyələşdirilməsinə qarşı mexanizmləri gücləndirmək üçün strateji addım çərçivəsində Baş nazirin müavini Samir Şərifov yenidən qurulmuş Terrorizmin Maliyyələşdirilməsinə və Digər Maliyyə Cinayətlərinə qarşı Mübarizə üzrə Koordinasiya Şurasının sədri təyin olunub.
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zəkəri Sərdrudi Tehranda keçirilmiş Azərbaycan–İran Birgə Hökumətlərarası Komissiyasının iclasında Astara terminallarında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə ediblər. Bu terminallar Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) əsas qovşaqları hesab olunur. Görüşdə bu terminalların əməliyyat səmərəliliyinin artırılması və onların strateji əhəmiyyətinin vurğulanması ilə iki ölkə arasında yükdaşımaların artan həcminə dəstək məsələləri diqqət mərkəzində olub.
-
Azərbaycan "Yaşıl Enerji Zonasının" məqsədli qrupunun əlaqələndirilmiş səyləri ilə yaşıl enerjiyə keçidini sürətləndirir. Bu məqsədli qrup son hibrid görüşünü irəliləyişləri nəzərdən keçirmək və gələcək prioritetləri müəyyən etmək üçün təşkil edib. Energetika Nazirliyi çərşənbə günü keçirilən sessiya ilə bağlı açıqlamasında, bu qrupun 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsində mərkəzi rolunu vurğulayıb. Bu strategiya Azərbaycanın dayanıqlı inkişaf ambisiyalarının əsasını təşkil edir.
Rəy yaz