
Açiq mənbələrdən foto.
Bakı/01.02.22/Turan: Fevralın 2-də Bakıda və Abşeronda yağıntı gözlənilmir, səhər və axşam bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0+3, gündüz müsbət 8 + 12 dərəcə olacaq.
Ölkə rayonlarında da yağıntı gözlənilmir. Səhər və axşam duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gündüz müsbət 10+15, gecə mənfi 2-dən müsbət 3 dərəcəyədək, dağlarda gecə mənfi 3 -8, gündüz müsbət 2+7 dərəcə olacaq. Yüksək dağlıq zonada mənfi 14 dərəcəyədək şaxta olacaq. -02D-
Rəy yaz