![Hərbçilərin əməkhaqqı artırılıb](https://turan.az/resized/media/2018/main/030500008233-750-500-resize.webp)
Hərbçilərin əməkhaqqı artırılıb
Bakı /06.03.18/Turan: Dövlət başçısının 5 mart tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin hərbçilərinin və dövlət qulluqçusu olmayan mülki işçilərinin əməkhaqqı orta hesabla 10% artırılıb.
Sərəncam 2018-ci il martın 1-dən qüvvəyə minib. Bu barədə dövlət başçısının saytında bildirilir.
Son həftələr müxtəlif sahələrdə fəaliyyət göstərən bir neçə büdcə təşkilatının işçilərinin əmək haqları artırılıb.-02D-
-
- Cəmiyyət
- 6 Mart 2018 10:23
-
- Bazarların icmalı
- 6 Mart 2018 10:43
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz