Hüquq müdafiəçisi Elşən Həsənov saxlanılıb?
Bakı/06.03.19/Turan: Hüquq müdafiəçisi Elşən Həsənov bu gün səhər polisə çağırılıb. Bu barədə Turan-a fəalın həyat yoldaşı bildirib. Onun sözlərinə görə, saat 9:30-a yaxın o, telefon edərək polisdə olduğunu bildirib. Lakin hansı idarədə və ya polis bölməsində olduğunu deyə bilməyib. Bundan sonra E.Həsənovun mobil telefonu cavab vermir.
Həyat yoldaşı güman edir ki, E.Həsənov Sabunçu Rayon Polis İdarəsindədir, çünki həmin rayonun ərazisində yaşayır.
İki gün öncə E.Həsənovun koordinatoru olduğu Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını elan edib, saxlanma yerlərində və cəzaçəkmə müəssisələrində işgəncələr barədə sənədi açıqlayıb.
E.Həsənov bundan öncə 2011-ci il aprelin 2-də etiraz aksiyasında iştirak etdiyinə görə 2 il azadlıqdan məhrum edilmişdi.
DİN mətbuat xidmətindən Turan agentliyinə bildiriblər ki, məsələ ilə bağlı məlumat yoxdur. Sabunçu Rayon Polis İdarəsində isə E.Həsənovun orada olmadığını bildiriblər.06D--
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz