
Bakı/06.03.19/Turan: Bu gün Stavropol ərazisində Nevinnomıssk şəhəri yaxınlığında baş vermiş yol qəzası nəticəsində altı nəfər Azərbaycan vətəndaşı həlak olub, beş nəfər yaralanıb.
Rusiya KİV-in məlumatına görə, ZİL maşınının sürücüsü qarşı zolağa çıxaraq "Mercedes" mikroavtobusu ilə toqquşub. Mikroavtobusda Azərbaycandan Moskvaya gedən sərnişinlər olub. Bu barədə Stavropol Yol Polisi İdarəsnin rəisi Aleksey Safonov bildirib.
Hadisə yerində istintaq qrupu çalışır. Həlak olanların və xəsarət alanların adları açıqlanmır.
Azərbaycanın dövlət orqanları hələlik baş verənləri şərh etmirlər.-02D-
Rəy yaz