Hüquq müdafiəçisi jurnalistləri və ictimai fəalları məhkəməyə verir
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova cümə günü Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “aznews.az” saytına qarşı məhkəmə iddiası qaldıracağı barədə mətbuat konfransı keçirib.
QHT rəhbərinin bu addımı atmasına səbəb saytın bu il fevralın 3-dəki sayında adını insan alverində hallandıran xəbərlə bağlıdır. Adı çəkilən xəbərdə M.Zeynalova Filippin vətəndaşı Fe Diaz Lliantonun Azərbaycandan deportasiya olunmasında bəzi rəsmi qurumlarla əməkdaşlıqda ittiham edilir.
Bu informasiyanı işgüzar imicinə, ictimai fəaliyyətinə zərbə sayan hüquq müdafiəçisi saytı və saytın rəhbəri Elçin Zahiroğlunu məhkəməyə verəcəyini bəyan edib. Hüquq müdafiəçisi sosial şəbəkədə bu məsələ haqda yazan Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin üzvü Aynur İmranova və keşmiş deputat, Milli Şuranın komitə sədri Gültəkin Hacıbəyliyə qarşı da məhkəmə iddiası qaldıracağını ifadə edib. G.Hacıbəylinin məhkəməyə verilməsinə isə öz facebook statusunda yazdığı “adı “Təmiz Dünya” olsa da çirkli işlərlə məşğuldur” ifadəsi səbəb olub. M.Zeynalovanın vəkili sənədləri məhkəməyə təqdim etməyə hazırlaşdığını bəyan edib.
Daha sonra M.Zeynalova adı çəkilən filippinli Fe Diaz Lliantonun Azərbaycandakı “taleyi” haqda açıqlama verib. D.Llianto 2013-cü ilin iyununda Azərbaycana gətirilib, məcburi əməyə cəlb edilib, hüquqları məhdudlaşdırılıb. Ölkə mətbuatında bu qadınla bağlı yazılan yazılarda bu alverin arxasında keçmiş deputat Gültəkin Hacıbəylinin baldızı Aynur Mehdiyevanın durduğu əksini tapırdı. Bu məsələ ilə bağlı cinayət işi qaldırılıb, A.Mehdiyeva 8 il 6 ay azadlıqdan mıəhrum edilib. Amma öhdəsində iki azyaşlı uşağı olduğu üçün sınaq müddəti verilib. Filippin vətəndaşı qərarla razılaşmayıb, qərardan apellyasiya şikayəti verib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Bundan sonra D.Llianto bu il yanvarın 1-də Dövlət Miqrasiya Xidmətinə müraciət edərək könlülü şəkildə ölkəsinə qayıtmaq haqda ərizə verib və “İnsan alveri qurbanlarının repatrasiya qaydaları”na əsasən elə həmin gün saat 17:15-də Bakı-Doha-Manila reysilə vətəninə yola salınıb.-05-
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz