İHK qeydiyyat üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edib
Bakı/07.11.19/Turan: İnsan Haqları Klubu (İHK) bu ictimai birliyin dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə Turan-a İHK-nın həmtəsisçisi və rəhbəri Rəsul Cəfərov bildirib.
Təşkilat 2010-cu ildə yaradılıb və qeydiyyat üçün bir neçə dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Ancaq hər dəfə imtina ilə qarşılaşıb. 2011-ci ildə növbəti dəfə mənfi cavab aldıqdan sonra Ədliyyə Nazirliyinin hərəkətindən məhkəmə qaydasında şikayət etmək qərarına gəlib. Lakin milli məhkəmə instansiyaları təşkilatın şikayətini təmin etməyiblər və o, AİHM-ə müraciət edib.
2019-cu il iyulun 25-də AİHM İHK-nın qeydiyyatından imtina ilə bağlı Ədliyyə Nazirliyinin qərarını qanunsuz sayaraq Avropa Konvensiyasının 11-ci maddəsinin (toplaşma və birləşmə azadlığı) pozulduğunu hesab edib.
Oktyabrın 25-də bu qərar qüvvəyə minib, çünki hökumət Strasburq Məhkəməsinin Böyük Palatasına şikayət verməyib.
“Avropa məhkəməsinin qərarının qüvvəyə minməsi, həmçinin təşkilatın şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiqliyı ilə əlaqədar biz İnsan Haqları Klubunun qeydiyyatı üçün yenidən Ədliyyə Nazirliyinə müraciət etməyi qərara aldıq. Ümid edirik ki, Ədliyyə Nazirliyi müsbət qərar qəbul edəcək. Bu, hakimiyyətin bəyan etdiyi islahatlar kursuna da uyğun olardı. İnsan Haqları Klubunun və digər QHT-lərin qeydiyyatı islahatların uğurla həyata keçirilməsinə yardım etmiş olar, çünki vətəndaş cəmiyyəti institutları islahatların dəstəklənməsinə mühüm töhfə verə bilər”, - R.Cəfərov vurğulayıb.–06B--
-
- Maliyyə
- 7 Noyabr 2019 16:34
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz