İsmayıllıda ayını vuran brakonyerlər axtarılır
Bakı/23.11.18/Turan: İsmayıllı rayonunda qanunsuz boz ayı ovlanması faktı qeydə alınıb. Ekologiya Nazirliyinin məlumatına görə, bu hadisə Şahdağ milli parkının tərkibinə daxil olan Baskal meşəbəyliyində baş verib.
Mənbənin məlumatına görə, yerli keşikçi atəş səsi eşidib hadisə yerinə gəlib, burada boz ayıya atəş açan altı naməlum şəxs görüb.
Keşikçinin brakonyerləri saxlamaq cəhdləri nəticə verməyib, amma o, onları videoya çəkməyə müvəffəq olub.
Brakonyerlərin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə İsmayıllı rayon polisi onların axtarışına başlayıb, deyə məlumatda bildirilir.
Qeyd edək ki, boz ayı Azərbaycanın nadir heyvanlarının Qırmız Kitabına daxil edilib. -05D-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz