
Bakı/30.06.18/Turan: Şənbə və bazar günləri ölkə ərazisində isti və quru hava şəraiti davam edəcək. Bakıda və Abşeronda havanın temperaturu +37+41 dərəcə olacaq, mülayim cənub küləyi əsəcək.
Bu cür hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq, sinoptiklər bildiriblər.
Böyük Qafqaz regionunda hava quru və isti olacaq, havanın temperaturu +39+43, Cənub bölgəsində +36+41 dərəcə olacaq.
Aran rayonlarında havanın temperaturu +41+43, Naxçıvanda +37+42 dərəcə olacaq.
Həkimlər saat 11:00-dan 17:00-dək açıq havada olmamağı tövsiyə edirlər. Azyaşlı uşaqlarla çimərlyə gedən valideynlər daha diqqətli olmalıdır.-02D-
Rəy yaz