XHTİ: Azərbaycan birinci yarımildə 15, Ermənistan 23 hərbçi itirib
Bakl/30.06.18/Turan: 2018-ci ilin birinci yarısında Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 15 nəfər olub. Bu müddətdə Ermənistan Silahlı Qüvvələrinin 23 hərbi qulluqçusu dünyasını dəyişib. Bu barədə Almaniyada yerləşən Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat verib.
Mənbənin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbçisi döyüş şəraitində, 12-i qeyri-döyüş şəraitində həlak olub.
2 hərbçi xəstəlikdən, 1-i bədbəxt hadisə zamanı, 3-ü naməlum şəraitdə ölüb. 3 hərbçi xidmət yoldaşının atəş açması, 1-i avtomobil qəzasında, 2-i mina partlaması nəticəsində həlak olub.
Erməni ordusunda Dünyasını dəyişənlərin 4-ü döyüş, 19 nəfəri isə qeyri-döyüş itkisidir. 4 hərbçi Azərbaycan tərəfinin atəşindən, 7 nəfərsə bədbəxt hadisələrdən dünyasını dəyişib. Bundan başqa 4 nəfər intihar edib, 2 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib. 2 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib. 1 nəfər təhlükəsizlik qaydalarının poyulması səbəbindən, daha 3 nəfərsə başqa səbəblərdən dünyasını dəyişib.
Dünyasını dəyişənlərin 1-i zabit, 19 nəfəri əsgər, 3 nəfəri isə müddətli xidmət hərbi qulluqçusu olub. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin (o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrin) hərbi qulluqçuları olub. İnsidentlərin 11-i Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində, 12-si isə Ermənistan ərazisində baş verib.
Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin 5 hərbi qulluqçusu yaralanıb və ya xəsarət alıb. 1 hərbi qulluqçu avtomobil qəzasında xəsarət alıb, 2 nəfər bədbəxt hadisədən. 2 əsgərsə cəbhə xəttində yaralanıb.
XHTİ 2015-ci ildə azərbaycanlı jurnalist və hərbi ekspert, bir il öncə mühacirət etmiş Cəsur Sümərənli tərəfindən təsis edilib.-06-
-
- Cəmiyyət
- 30 İyun 2018 12:52
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz