İsveçdə Mehman Hüseynov və siyasi məhbuslara azadlıq şüarı ilə aksiya
Bakı/07.01.19/Turan: Yanvarın 6-da İsveçin paytaxtı Stokholm və Göteborq şəhərlərində "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!"şüarı ilə aksiya keçirilib.
Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) məlumatına görə, aksiyada Müsavat AKM və AND təşkilatının İsvəçdəki nümayəndələri, eləcədə bitərəf fəallar iştirak edib.
Aksiyada Azərbaycanda repressiyalara son qoyulması və bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilib. Aksiya iştirakçıları Azərbaycan bayrağını, Mehman Hüseynov, Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı və digər siyasi məhbus sayılan şəxslərin şəkilləri qaldırıb.
Bloger Mehman Hüseynov həbs müddətinin bitməsinə iki ay qalmış ona qarşı irəli sürülən yeni ittihamların uydurma olduğunu bildirib və buna etiraz əlaməti olaraq artıq 14-cü gündür aclıq aksiyası keçirir. -0-
-
- Cəmiyyət
- 7 Yanvar 2019 10:51
-
- Bazarların icmalı
- 7 Yanvar 2019 11:12
Cəmiyyət
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
-
Yanvarın 14-də saat 12:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 37 kiloqram 396 qram narkotik vasitənin - marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Yanvarın 22-də paytaxtda hava tutqun olacaq. Axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər və axşam duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Rəy yaz