Polis Mehman Hüseynova dəstək aksiyası keçirənləri həbs edib
Bakı/07.01.18/Turan: Yanvarın 6-da bir qrup fəal həbsxanada dekabrın 26-dan aclıq edən bloger Mehman Hüseynova azadlıq şüarı ilə Bakı Apellyasiya Məhkəməsinin qarşısında aksiya keçirməyə cəhd edib. Polis cəhdin qarşısını alıb.
Aksiyanın tәşkilatçısı ictimai fəal Mete Türksoy vә daha bir neçə iştirakçı saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə aparılıb.
Aksiya iştirakçılarından biri Amerikanın Səsinə bildirib ki, Mehman Hüseynova azadlıq aksiyası zamanı saxlanılanlardan 6 nəfəri məhkəməyə aparılıb.
Aksiyanın iştirakçıları və jurnalistlər: Elçin Rəhimzadə, İsmayıl İslamoğlu, Mete Türksoy, Yaşar Xaspoladov, Qoşqar Əhmədov və daha bir nəfər saxlanılıb. Rəsmi qurumlar aksiya ilə bağlı hələ məlumat yaymayıb.
Bu son bir neçə gündə "Mehman Hüseynova və siyasi məhbuslara azadlıq!" şüarı ilə keçirilən ikinci etiraz aksiyasıdır. Birinci aksiya zamanı 4 fəal inizbati qaydada həbsə məhkum edilib, daha dörd fəal isə cərimələnib.
Bununla yanaşı Mehman Hüseynova dəstək məqsədi ilə ictimai-siyasi fəallar aclıq aksiyasına başlayıb. Sosial şəbəkələrdə geniş müdafiə kampaniyası təşkil edilib.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir. -0-
-
- Cəmiyyət
- 7 Yanvar 2019 10:55
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz