Jurnalist Əfqan Sadıqovun saxlandığı yer məlum deyil
Bakı/10.07.18/Turan: Jurnalist, azel.az saytının baş redaktoru Əfqan Sadıqovun saxlandığı yer indiyədək məlum deyil.
Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib. Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 30 sutka azadlıqdan məhrumetmə barədə qərar çıxarılsa da
Ə.Sadıqov müvəqqəti saxlama təcridxanasında yoxdur.
İyulun 6-da Cəlilabadda saxlandığı vaxtdan dörd sutka keçsə də onun harada olması barədə ailəsinə məlumat verilmir. Ancaq doğmalarına deyiblər ki, Bakıya aparıblar.
Ə.Sadıqlı bir il yarım müddətə həbs cəzasından sonra mayın 23-də azadlığa çıxıb. O
2016-cı il noyabrın 22-də həbs edilmişdi. Ə.Sadıqov Cəlilabad İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. O 2,5 il müddətinə azadlıqdan məhrum edilib, sonra həbs cəzası 1,5 ilədək azaldılıb. Azadlığa çıxdıqdan sonra bildirib ki, yalan ittiham əsasında mühakimə edilib və Avropa İnsan Hüquqları Məhkəməsində həbsinin qanunsuz olmasının tanınmasına nail olacaq.-0-
-
- Siyasət
- 10 İyul 2018 17:55
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz