İki ölkənin Təhsil nazirliklərinin �FETÖ mübarizəsi�
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan FETÖ-yə qarşı mübarizəyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. Azərbaycanda səfərdə olan Türkiyə prezidenti R.T.Ərdoğan bunu prezident İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, bu sahədə hər iki ölkənin Təhsil nazirliklərinin problemləri həll etmək üçün birgə çalışacaqlarını söyləyib.
R.T.Ərdoğan bildirib ki, Dağlıq Qarabağ və Naxçıvan məsələsində üzərinə düşəni edib və etməyə davam edəcək.
Türkiyə prezidenti Naxçıvanla Türkiyə arasında quru yollarınin çətinliyinin aradan qalxdığını, indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım atılacağını vurğulayıb.
O deyib ki, Naxçıvan sakinləri sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilər və buna dəstək veriləcək.
Türkiyə prezidenti deyib ki, NATO sammitində iki ölkənin müştərək problemlərini gündəmə gətirəcək.--0--
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz