
Arxiv
Bakı/10.0718/Turan: NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Bu barədə bu gün, iyulun 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Hazırda Azərbaycan "Qətiyyətli Dəstək" missiyasında 120 hərbi qulluqçu, 2 hərbi həkim və 6 qərargah zabiti ilə təmsil olunur.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
NATO-nun "Qətiyyətli dəstək" missiyası isə 2015-ci ilin yanvarından həyata keçirilir.
Azərbaycanın 2018-ci ilə kimi Əfqanıstandakı hərbçilərinin sayı 94 nəfər olub. 2018-ci ildən bu say 120 nəfərə qədər yüksəldilib.
Əfqanıstanda Azərbaycan hərbçilərinin sayının artacağı barədə dövlət başçısı İlham Əliyev hələ 2017-ci il noyabrın 23-də Brüsseldə NATO-nun toplantısında bəyanat vermişdi. Bununla bağlı Milli Məclis 2017-ci il dekabrın 29-da mövcud qərarda da dəyişiklik edib.--0--
Rəy yaz