Jurnalist İlkin Məmmədli polisdən buraxılıb
Bakı/12.11.18/Turan: Cümə axşamı saxlanılmış jurnalist İlkin Məmmədli şənbə günü buraxılıb. Bu barədə Turan-a hüquq müdafiəçisi Samirə Ağayeva bildirib.
Onun sözlərinə görə, jurnalisti ona görə saxlayıblar ki, əvvəllər onun ölkədən çıxışına qadağa varmış. Araşdırma zamanı məlum olub ki, hazırda hüquq-mühafizə orqanlarının jurnalistə qarşı heç bir iradı yoxdur.
Xatırladaq ki, İlkin Məmmədli cümə axşamı Bakıxanov qəsəbəsində xarici pasport almaq üçün ASAN xidmətə müraciət etdikdən sonra saxlanlılıb. Ancaq jurnalistlə deyiblər ki, ona pasport verilməyəcək, çünki xaricə çıxışı qadağan edilib, özü isə DİN orqanları tərəfindən axtarışdadır.
2015-ci il Nardaran hadisələri zamanı İ.Məmmədli inzibati həbsə məruz qalıb və "Müsəlman Birliyi" Hərəkatının liderləri və fəallarının işi üzrə məhkəmə prosesində şahid kimi dindirilib. Bundan öncə "Azadxabar" dini saytında yazılar dərc etdirib. -06B-
-
- İqtisadiyyat
- 12 Noyabr 2018 15:41
-
- Maliyyə
- 12 Noyabr 2018 16:36
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz