Natiq İsbatov
Jurnalist inzibati qaydada həbs olunub
Bakı/10.0.20/Turan: Aprelin 9-da "7 gun.az" xəbər saytının əməkdaşı Natiq İsbatov və Azel TV saytın əməkdaşı Sevinc Sadıqova Abşeron Rayon Məşğuluq Mərkəzinin qarşında etiraz aksiyasını çəkiliş edərkən polis tərəfindən saxlanılıblar.
Bu barədə Turana "7 gun.az" xəbər saytın redaksiyasından məlumat verilib.
Məlumata görə jurnalistlərin ikisi də Abşeron Rayon Polis İdarəsinə aparılıb.
Sadıqova iki saatda sonra sərbəst buraxılsa da İsbatov haqqında İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əlehinə karantin qaydalarını pozma) və 535-ci (polisə müqavimət) maddələri ilə protokol tərtib olunub.
Aprelin 10-da Natiq İsbatov Abşeron Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 30 sutka müddətinə həbs olunub.
"7 gun.az" saytı öz əməkdaşına qaeşı ittihamlarla razılaşmır və peşə fəaliyyətinə görə saxlanılan və ya həbs olunan bütün jurnalistləri dərhal azad olunmasını tələb edib. "Görünür ki,hakimiyyət dairələri koronovirusla mübarizə aparmaq bəhanəsiylə əhalinin problemlərini yayımlayan müstəqil mətbuat orqanlarının fəaliyyətinə qarşı zorakı vasitələrlə sədd çəkmək istəyirlər".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.--0--
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz