Azərbaycanda koronavirusdan ölənlərin sayı 10 çatdı
Bakı/10.04.20/Turan: Azərbaycan Respublikasında 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycan Respublikasında 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Hazırkı dövrədək ölkəmizdə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 159 nəfəri müalicə olunaraq sağalmış, 10 nəfər vəfat etmiş, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılmışdır.-0-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz