
Nicat Abdullayev
Baki/10.04.20/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisin üzvü Nicat Abdullayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi Rayon Məhkəməsi tərəfindən 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
Bu barədə AXCP-dən məlumat verilib. Məlumata görə, Abdullayev saat 14 radələrində yaşadığı evindən çıxaraq yaxınlıqda yerləşən dükana gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. "Abdullayevi Binəqədi Rayon 43-cü polis bölməsinə gətiriblər orada isə İXM-nin 211-ci maddəsiilə (epidemiya əlehinə karantin qaydalarını pozma) haqqında protokol tərtib edərək məhkəməyə aparıblar. Lakin hakim Vüsal Tağıyev onun barəsində tərtib olunmuş İXM-in 211-ci maddəsinə xitam verib. Nicat Abdullaev İXM-nin 535.1-ci maddəsi ilə (polisə müqavimət) cəzalandı".
Partiyadan Abdullayevin həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirlər. –0—
Rəy yaz