Keçmiş siyasi məhbusun anası özünü yandıracağı ilə hədələyir
Bakı/26.11.19/Turan: Keçmiş siyasi məhbus Rüfət Səfərovun anası Tahirə Tahirqızı Prezident Administrasiyasının önündə özünü yandıracağı ilə hədələyib. Bu barədə o, Facebook-da oğlunun ünvanına hədələrlə bağlı yazıb.
Ananın sosial şəbəkədə belə emosional çıxışının səbəbi odur ki, bir neçə gündür ki, naməlum şəxslər R.Səfərova telefon edərək onu yeni həbslərlə hədələyirlər.
R.Səfərov oktyabrın 19-da Bakıda keçirilən mitinqdə iştirak etdikdən sonra keçmiş müstəntiqə təzyiqlər yenidən başlayıb. Buna görə 30 sutka inzibati həbsə məruz qalıb. Azad edildikdən sonra naməlum şəxslər onu telefonla incitməyə başlayıblar.
R.Səfərov Turan agentliyinə bildirib ki, son vaxtlar bəzi müxalifət liderləri ilə görüşlər keçirib və bu, hakimiyyəti qıcıqlandırıb. Atasının keçmiş həmkarları vasitəsilə ona xəbər çatdırıblar ki, müxalifətdən aralanmasa onu həbs gözləyə bilər və yeni cəza və işgəncələr daha sərt olacaq. Son belə təhdid noyabrın 25-də anasının telefonuna gəlib.
“Onun halı pisləşdi. Qadına, anaya belə söz söyləmək indiki hakimiyyətin aşağılığını göstərir”, - o qeyd edib.
R.Səfərov deyib ki, onu qorxuda bilməzlər və o, öz mövqeyindən çəkilmək niyyətində deyil. Hakimiyyəti fəal tənqidçisi olaraq qalacaq və məhkəmədə öz hüquqlarını müdafiə edəcək.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.
2015-ci ildə R.Səfərovhakimiyyəti qanunsuz əməllərinə və korrupsiyaya görə tənqid etdiyinə görə prokurorluq orqanlarından çıxarılıb. Buna cavab olaraq ona qarşı rüşvət almaq ittihamı ilə cinayət işi açılıb. Məhkəmə onu 9 il azadlıqdan məhrum edib. R.Səfərovu siyasi məhbus kimi tanıyıblar. O bu ilin martında əfv edilib. -03B-
Cəmiyyət
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
-
Yeni imzalanan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" indidən müzakirələrə səbəb olub. Sənəddə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkili nəzərdə tutulub.
-
Leysan yağışları nəticəsində Lənkəran şəhərinin bəzi rayonlarını, o cümlədən Girdəni, Kosalar və Şiləvar kəndlərini su basıb, bu barədə Azərbaycan FHN məlumat yayıb.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti fevralın 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən yağıntılar və güclü şimal-qərb küləyinin üstünlük təşkil edəcəyini proqnozlaşdırır.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 213
Rəy yaz