Koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilənlər şəraitin pis olmasından şikayətlənirlər (VİDEO)
Bakı/28.02.20/Turan: Koronavirus şübhəsi ilə Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən vətəndaşlar bu xəstəxanadakı şəraitdən narazıdırlar. Bu barədə fevralın 26-da İrandan Azərbaycana gələn xəstələrdən biri Rahilə Musayeva “Azadlıq” radiosuna bildirib.
“İranda iki gün qaldıq. Qayıdanda bizi yoxladılar, dedilər ki, “heç nə yoxdur”, sonra bildirdilər ki, 15 dəqiqəlik yoxlayıb buraxacaqlar. Amma artıq 3 gündür buradayıq. Bizi burada antisanitariya şəraitində saxlayırlar. Antisanitariya şəraitində hazırlanan yeməkləri yemək olmur, yuyuna bilmirik. İsti sudan söhbət gedə bilməz, soyuq su ancaq bu gün verilib”, - qadın danışıb.
Onun sözlərinə görə, xəstəxana karantinə yerləşənlərlə doludur, onlar müxtəlif korpuslarda saxlanılır.
“Palatalarda 2-3 nəfər saxlayırlar, dəhliz, sanitar qovşağı eynidir. Xəstəxanada hərarətimizi ölçdülər, boğazdan yaxma və qan nümunələri götürdülər. Bizi burada nə qədər tutacaqlarını bildirmirlər”, - o deyib. Qeyd edək ki, ötən gün Astara xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılıb.
Rəsmi məlumatlara görə, Azərbaycan xəstəxanalarında koronavirusda şübhəli bilinən 190 nəfər saxlanılır.—21D-
-
- Sual-cavab
- 28 Fevral 2020 15:28
-
- İqtisadiyyat
- 28 Fevral 2020 16:13
Cəmiyyət
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz