Külək Binəqədi də iki ağacı kökündən sındırıb
"Dünın axamdan başlayan külək Bakının rayonlarında bəzi fəsadlar törədib". Bunu Bakı Şəhər Yaşıllaşdırma Departamentinin Bitkilərin Mühafizəsi şöbəsinin rəhbəri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə güclü külək iki ağacı kökündən qoparıb: "Hər iki hadisə Binəqədi rayonunda baş verib. Hər iki ağac kğkndən sındırılsa da başqa hər hansı tərlfat və ya xəsarətə səbəb olmayıb. Özü də maraqlı budur ki, kökendən sınan ağaclar cavan ağaclar olub, amma xeyli "qoca" ağaclar olub ki, külək onlara ziyan vurmayıb", O.Məmmədov belə bildirib.
Şöbə rəhbəri deyib külək 10-a qədər ağacın qol-budaqlarını sındırıb: " Küləyin sındırdığı ağaclar və eləcə də budaqlar yollardan artıq yığışdırılıb", O.Məmmədov belə deyib. -0--
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz