Lerik məhkəməsi redaktorun kompensasiya ödəməsi barədə qərar çıxarıb
Bakı/29.11.19/Turan: Lerik Rayon Məhkəməsi Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun AzToday.az saytının redaktoru Elmidar Əliyevə qarşı qaldırdığı iddianı təmin edib, onun mənəvi zərərə görə keçmiş məmura 2000 manat kompensasiya ödəməsi barədə qərar çıxarıb.
Jurnalist 15 dəqiqə davam edən məhkəmənin qərarı ilə razılaşmır. Hakim Atabəy Kiçibəyov hazırlıq iclasları da keçirməyib və cavabdehin etirazına baxmayıb.
İddiaya “Kərimovlar ailəsinin Londondakı sərvəti – sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb ” başlıqlı məqalə səbəb olub.
Hakim məqalədəki məlumatların təkzib edilməsini bildirib. “Hakim Tahir Kərimovun şirkətləri və uşaqlarının daşınmaz əmlakları barədə məlumatları haradan aldığımı soruşduqda, Birləşmiş Krallığın reyestr strukturlarının saytlarını göstərdim. Ancaq belə təəssürat yarandı ki, hakimin müasir informasiya vasitələri haqda heç bir təsəvvürü yoxdur və yayılan məlumatları yoxlamadı.
Jurnalist apellyasiya şikayəti vermək niyyətindədir. –06D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz