
Мамед Ибрагим
Bakı/10.01.19/Turan: Bu gün Suraxanı Rayon Məhkəməsi AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı yeni cinayət işi üzrə onun barəsinə hökm çıxarıb.
Məhkəmə onu CM-in 317.2-ci maddəsi (həbsxanada qadağan olunmuş əşyaların saxlanması) ilə təqsirli bilərək 5 ay 22 gün azadlıqdan məhrum edib.
Bundan öncə prokuror onun həmin maddə üzrə maksimum müddətə - 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.
M.İbrahim ittihamı rədd edərək işi siyasi sifariş adlandırıb. Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.
M.İbrahim 2015-ci il sentyabrın 30-da həbs olunub və xuliqanlıq ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına bir gün qalmış ona qarşı qanunsuz bıçaq saxlamaq ittihamı irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi M.İbrahimi 2 ay müddətinə həbs edib.
Məmməd İbrahim hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.-06D--
Rəy yaz