![Məhkəmə-Tibbi Ekspertiza Birliyi: Meyitlər tanındıqca ailələrinə verilir](https://turan.az/resized/media/2018/main/030600008236-750-500-resize.webp)
Məhkəmə-Tibbi Ekspertiza Birliyi: Meyitlər tanındıqca ailələrinə verilir
Bakı/06.03.18/Turan: Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 10-nun meyiti ailələrinə verilib, martın 6-da isə daha 3-4 nəfərin meyitinin ailələrinə veriləcəyi gözlənilir. Bunu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyindən (MTEPAB) bildiriblər.
Birlikdən verilən xəbərə görə dünyasını dəyişmiş şəxslərin yaxınları müraciət etdikcə meyitlərin tanınması ilə bağlı ekspertizalar həyata keçirilir:"Ekspertizalar həmin şəxslərin şəxsiyyətlərini DNK tutuşdurulması ilə müəyyənləşdirir, bundan sonra isə meyitlər ailəyə və ya yaxınlarına verilir. Hələlik 10-11 meyit morqdadır. Yaxınları müraciət etdikcə onların da meyitləri təhvil veriləcək", -birlikdən bildiriblər.
Xatırladaq ki, martın 2-də Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Mərkəzdə məcburi müalicəyə cəlb edilmiş şəxslərdən 25 nəfər yanğın nəticəsində ölüb.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Rəsmi açıqlamalarda ilkin araşdırmaların nəticəsi kimi yanğının binanın elektrik şəbəkəsində yaranmış nasazlıqdan baş verdiyi deyilir.-0-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Что ждать Что ждать Азербайджану от новой администрации США? - беседа с Лоренсом Шитсом
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:28
- 396
Rəy yaz