Мехман Гусейнов
Mehman Hüseynovun yanına vəkil buraxılmır
Bakı/26.01.19/Turan: Bakı 1 saylı istintaq təcridxanasında olan bloger Mehman Hüseynovun yanına vəkil buraxılmır. Bu barədə blogerin qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib.
Vəkilin iştirakını prosedur tələb edir. Belə ki, müstəntiq vəkilin iştirakı ilə cinayət işinə xitam verildiyini elan etməlidir.
Amma İstintaq Təcridxanasının administrasiyası görüşə gələn vəkilə bildirib ki, Mehman Hüseynov "yeni statusdadır" və vəkil yeni müqavilə və Penitensiar Xidmətdən icazə təqdim etməlidir.
Blogerin qardaşı baş verənləri özbaşınalıq və Mehmana qarşı təzyiqin davam etməsi kimi dəyərləndirib.
Xatırladaq ki, iki gün əvvəl prokurorluq blogerin polisə böhtan atmaq barədə saxta ittiham üzrə cəzasını çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində dekabrın 26-da guya nəzarətçiyə hücum etməsi ilə bağlı ona qarşı başlanmış cinayət işinə xitam verildiyini elan edib. -06D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz