Xanlar Vəliyev
X.Vəliyev: Cinayətlərin 99,2 faizi açılıb
Bakı/25.01.2019/Turan: "2018-ci ildə Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər də səmərəli olub, qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb". Bu barədə ölkənin hərbi prokuroru Xanlar Vəliyev Hərbi Prokurorluğun yanvarın 25-də keçirilmiş geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə törədilmiş cinayətlər 12,6 faiz, hərbi xidmət əleyhinə cinayətlər 4 faiz, qeyri-hərbi cinayətlər 34,3 faiz; böyük ictimai təhlükə törətməyən cinayətlər 4,6 faiz, az ağır cinayətlər 2,8 faiz, xüsusilə ağır cinayətlər 48,6 faiz azalıb. "Azalma xəstəlik nəticəsində ölüm hallarında 40 faiz, düşmən tərəfindən açılan atəş nəticəsində ölüm hallarında 64,7 faiz; qeydə alınmış korrupsiya xarakterli cinayətlərdə 24,7 faiz, korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərində 43,6 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 15,5 faiz təşkil edib", deyə hərbi prokuror bildirib.
X.Vəliyev Silahlı Qüvvələrdə baş vermiş və səbəbindən asılı olmayaraq istənilən ölüm faktı üzrə cinayət işi başlanılıdığını xüsusi vurğulayıb.
Hərbi prokuror deyib ki, görülmüş tədbirlər nəticəsində 2017-ci il ilə müqayisədə 2018-ci ildə törədilmiş qəsdən adamöldürmə cinayətləri 61,5 faiz, intihar hadisələri 23,1 faiz azalıb.
X.Vəliyev Silahlı Qüvvələrdə hüquq pozuntularına, o cümlədən cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdiriləcəyini bildirib. -0-
-
- İqtisadiyyat
- 25 Yanvar 2019 15:35
-
- Cəmiyyət
- 25 Yanvar 2019 16:41
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz